قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ (1)

De: “Sığınıram insanların Rəbbinə,

مَلِكِ النَّاسِ (2)

insanların Hökmdarına,

إِلَٰهِ النَّاسِ (3)

insanların məbuduna!

مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ (4)

Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən.

الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ (5)

O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,

مِنَ الْجِنَّةِ وَالنَّاسِ (6)

cinlərdən də olur, insanlardan da!”